İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb Dünya

İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb

İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb.
Bu barədə İran Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, son sutka ərzində koronavirusa yoluxmuş 141 nəfər vəfat edib, 3111 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə virusa yoluxanların sayı 44606-ya çatıb, bu günədək 14656 nəfər sağalıb.
Hazırda virus daşıyıcılarından 3703 nəfərin vəziyyəti ağırdır.