ABŞ strateji neft ehtiyatlarını artıqmaq üçün imkanlar axtarır Dünya

ABŞ strateji neft ehtiyatlarını artıqmaq üçün imkanlar axtarır

ABŞ hazırda Milli strateji neft ehtiyatını doldurmaq üçün əlavə saxlama imkanları axtarışındadır.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.
"Biz Energetika Nazirliyinin rəhbəri ilə strateji ehtiyatların doldurulması istiqamətində yaxından işləyirik", - deyə S. Mnuçin qeyd edib.
Bundan öncə bildirilmişidir ki, neft bazarında tələbatın azalması səbəbindən ABŞ-ın neft şirkətləri "qara qızıl"ı Milli strateji neft ehtiyatında saxlamağa başlayıb. Bu səbəbdən müvafiq müqavilələr də bağlanıb.