Putindən müharibə hazırlığı əmri Dünya

Putindən müharibə hazırlığı əmri

Rusiya prezidenti Vladimir Putin Rusiya silahlı qüvvələrinin Qərb və Mərkəzi hərbi dairələrinin döyüş hazırlığının yoxlanılmasına dair göstəriş verib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyində keçirilən toplantıda deyib.
Putinin göstərişi ilə bu gün saat 14.00-da Qərb hərbi dairənin qoşunları, habelə Mərkəzi hərbi dairənin ikinci ordusu hazırlıq vəziyyətinə gətirilib.
Hərbi birləşmələrin döyüş hazırlığı fevralın 28-dən martın 3-dək yoxlanılacaq. Yoxlama iki mərhələdə keçiriləcək: operativ-texniki və taktiki təlimlər.