Yük avtomobilini sənədsiz sürən şəxs məsuliyyətə cəlb olunub - VİDEO Hadisə

Yük avtomobilini sənədsiz sürən şəxs məsuliyyətə cəlb olunub - VİDEO

Baş Dövlət Yol Polisi İdarəs (DYPİ) etibarnaməsi olmadan başqasına məxsus yük avtomobili ilə qanunsuz olaraq paytaxtda daxil olmağa çalışan və polisin qanuni tələbinə əməl etməyən sürücü barədə məlumat yayıb.

DYP-dən Trend-ə bildirilib ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə yük avtomobillərinin müyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmasına baxmayaraq, 17.01.2023-cü il tarixdə WO 39922 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Bakı-Quba avtomobil yolunun üzərində yerləşən “Daş bazarı” adlı ərazidən qanunsuz olaraq paytaxtda doğru hərəkət etməyə cəhd göstərəkən DYP əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərə baxış zamanı yük avtomobilini idarə edən vətəndaş E.Nəbiyevin nəqliyyat vasitəsini idarəetməyə dair heç bir sənədinin olmaması aşkar edilib. Bu zaman sürücü E.Nəbiyev polis əməkdaşlarının qanuni fəaliyyətinə müdaxilə edərək onlara qarşı müqavimət göstərdiyi üçün DYP əməkdaşları tərəfindən ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib. Sürücü törətdiyi əməllərə görə qanunamüvafiq olaraq məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək tətbiq edilmiş məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmağı və qanunsuz yollarla paytaxta daxil olmağa çalışmamağı tələb edir, eyni zamanda bütün yol-hərəkəti iştirakçılarından hadisənin mahiyətini bilmədən, sırf polisin qanuni fəaliyyətini gözdən salmağa yönəlmiş məlumatları paylaşmaqdan çəkinməyi xahiş edirik.