“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
9 İyun 2023 17:42
3 052
Dost Azərbaycan xalqına növbəti dəfə sizin qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımı hiss etdiyimizə görə çox minnətdarıq.
Trend cümə günü xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
"Bu gün bu yardım Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bu bizə çox lazım olan yardımdır. Bundan başqa, Azərbaycan tərəfi 20 ton yanacaq ayırıb ki, bu da xilasetmə əməliyyatlarında iştirak edən nəqliyyat vasitələri üçün çatdırılacaq", - səfir deyib.
Qeyd edək ki, Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərir. Humanitar yüklər təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.