Xəzərdə qəfil döyüş hazırlığı Hadisə

Xəzərdə qəfil döyüş hazırlığı

Rusiya hərbi dəniz donanmasını hərəkətə gətirdi

Rusiyanın Xəzər donanmasının döyüş hazırlığının qəfildən yoxlanılmasına başlanılıb. Bu barədə dünən RİA Novosti Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Müasir Rusiya tarixində ilk dəfə orduda qəfildən yoxlamalar ötən il keçirilib. 20 ilə yaxın, 1990-cı illərdən bəri RF SQ-də belə hala təsadüf edilmyib.
Ekspertlər qeyd ediblər ki, qəfildən yoxlamalar kimi başqa heç nə orduda həqiqi işlərin durumunu göstərməyə və bütün səviyyələrdəki hərbi qulluqçuların mümkün təhlükələrə ani reaksiya verməyə öyrəşdirməyə qadir deyil.
Yeddi gün davam edəcək təlimlərdə təxminən on reyd minatutan gəmisi, kater və təchizat gəmisi, həmçinin flotiliyanın 400-dən artıq dənizçisi iştirak edir.