Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib Hadisə

Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib

Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib. Bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda araşdırmalar davam etdirilir. H.Əlizadə qeyd edib ki, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edə yanğınlar tamamilə söndürülüb: "Yanğınlar üç gün davam etdi. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində yanğının qarşısı alındı".
Qeyd edək ki, 2018-ci ilin 7 ayınd­a Azərbaycanda 19 meşə və çöl yan­ğın hadisəsi baş veri­b. Bu il­in ötən dövründə baş ­verən yanğın hadisələ­ri nəticəsində 701 he­ktar meşə və çöl əraz­iləri yanğına məruz q­alıb. Yanğınlar ­Şabran, Oğuz, Yardıml­ı Ağdaş, Lənkəran, Xa­çmaz, Xızı, Ağsu, Qaz­ax, Ağstafa, Tovuz, Ş­əmkir, Göyçay, Masall­ı, Şəki və Siyəzən ra­yonlarında qeydə alın­ıb.