MSK-ya yeni mətbuat katibi təyin edilib Hadisə

MSK-ya yeni mətbuat katibi təyin edilib

Mərkəzi Seçki Komissiyasında yeni təyinat olub. Lent.az-ın məlumatına görə, Şahin Əsədli MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdir təyin edilib. Ş. Əsədli bu vaxta qədər Komissiyanın beynəlxalq əlaqələr şöbəsində çalışıb. MSK-dan təyinatı təsdiq ediblər.
Qeyd edək ki, Ş. Əsədliyə qədər bu şöbəyə Azər Sarıyev rəhbərlik edirdi.