Röya “Kral”ın müsabiqəsində yer tuta bilmədi Mədəniyyət

Röya “Kral”ın müsabiqəsində yer tuta bilmədi

20 yaşlı "Kral Türkiyə Musiqi mükafatı"nın 2013-cü ildəki sahibləri açıqlanıb

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ilin mükafat üzrə rekordçuları Gülşənlə Mustafa Ceceli olub. Belə ki, Gülşən beş, M.Ceceli isə iki mükafat qazanıb. Qaliblər interaktiv yolla əhalinin, rejissorların, təşkilatçıların, radio işçilərinin, musiqiçilərin və sənətkarların rəyinə əsasən müəyyənləşdirilib.
20 mart - 6 may tarixləri arasında keçirilən səsvermədə 3 milyon 900 min insan iştirak edib. 20 illik yubileyini qeyd edən "Kral Musiqi mükafatları"na layiq görülmüş sənətçilər Türkiyə bölgələrini gəzərək konsertlər verəcəklər.
Qeyd edək ki, həmyerlimiz Röya Ayxanın "Gəmiçilər" sinqlı da müsabiqədə iştirak edib, lakin yer tuta bilməyib.

2013-cü ilin qaliblərini təqdim edirik:

"Ən yaxşı albom" – Gülşən "Beni durdursanmı"
"Ən yaxşı mahnı" – Gülşən "Yatcaz-kalkcaz"
"İlin ən yaxşı mahnı sözü yazanı" – Gülşən
"İlin ən yaxşı bəstəkarı" – Gülşən
"İlin ən yaxşı mahnısının aranjimançısı" – Ozan Çolakoğlu
"Ən yaxşı kişi sənətçi" – Mustafa Ceceli
"Ən yaxşı qadın sənətçi" – Gülşən
"Ən yaxşı qrup" – "Duman"
"Ən yaxşı klip" – "Öylə də gözəl" (Sertap Erener)
"Ən yaxşı layihə" – Ayselin
"Ən yaxşı remiks" – Birol Giray (Be Gee) – "Cavapsız sorular" ("Manqa")
"Ən yaxşı debüt" – Oğuzhan Koç
"Ən yaxşı film musiqisi" – "Kələbəyin rüyası" Rəhman Altan
"Ən yaxşı serial musiqisi" – "Medcezir" Toyqar İşıklı
"Ən yaxşı sinql" – "Ya ya ya" Hande Yener
"Ən yaxşı duet" – "Kalbinə sürgün" Rafet El Roman və Ezo
"Ən yaxşı kover mahnı" – Tarkan "Firuzə"
"Ən yaxşı instrumental albom" – "Taksim trio 2"
"Radiolarda ən çox səsləndirilən mahnı" – Bengü "Yaralı"
"Mahnıları radiolarda ən çox səsləndirilən müğənni" – Mustafa Ceceli