Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
13 Mart 2020 15:51
14 168
Bakı Kitab Mərkəzində eston yazıçısı və ictimai xadim Kersti Kivirüütün “Küləklər şəhəri” romanının təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Küləklər şəhəri” əsəri əsasən sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir. Lakin bu hadisələr, zaman baxımından, Azərbaycan tarixinin müxtəlif dövrlərinə təsadüf edir. Belə ki, əsərdə yarımçıq qalmış işlərini tamamlamaq üçün sonrakı illərdə yenidən Bakıya can atan insanların burada öz cənnətlərini axtarıb tapmaq istəkləri təsvir olunur.
Azərbaycan xalqının tarixi köklərinə dair maraqlı faktlar, Xocalı faciəsi, öz doğma yurdlarından didərgin düşmüş insanların ağır yaşayış şəraiti və real həyat həqiqətləri arasında ortaq məqamlar əsərin əsas süjet xəttini təşkil edir. Macəra və detektiv janrında yazılmış romanın süjeti dramatik hadisələr üzərində qurulub. Əsərdə hadisələr azərbaycanlı idmançı Rüfətlə eston qızı Annelisin sevgi hekayəsi ətrafında cərəyan edir.
Kitabın təqdimat mərasimini giriş sözü ilə Kitab Mərkəzinin direktoru Günel Anarqızı açıb. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və bəzi başqa qonaqlar çıxış edərək “Küləklər şəhəri” kitabının mahiyyəti, bugünkü təqdimat mərasiminin əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, bu əsər Azərbaycan və Estoniya xalqları arasında dostluq bağlarının möhkəmlənməsinə böyük töhfə verəcək.
Kersti Kivirüüt və "Küləklər şəhəri" kitabını Azərbaycan dilinə tərcümə edən diaspor fəalı Sənəm Əliyeva kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Eston yazıçısı Kersti Kivirüüt göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib. Tədbirin sonunda müəllif imzaladığı kitabları tədbir iştirakçılarına hədiyyə edib.
15 Noyabr 14:03
1 960
14 Noyabr 17:50
2 415
14 Noyabr 14:25
2 184