Azərbaycan-İran münasibətlərinin səviyyəsi məmnunluq doğurur - Şahin Mustafayev İqtisadiyyat

Azərbaycan-İran münasibətlərinin səviyyəsi məmnunluq doğurur - Şahin Mustafayev

Azərbaycan-İran münasibətlərinin səviyyəsi məmnunluq doğurur, ikitərfli əməkdaşlıq dinamik inkişaf edir. Hətta pandemiya şəraitində iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz artıb. 2050 İran şirkəti Azərbaycanda uğurlu fəaliyyət göstərir. Onlar Azərbaycanda əlverişli biznes mühitindən faydalanırlar.

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında baş nazirin müavini Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, İran şirkətləri iğaldan azad edilmiş ərazilərdə fəaliyyət gstərəcək.

“İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə də İran şirkətləri cəlb olunacaq. Onlar bu günlərdə bir neçə layihənin icrasına başlayacaq”, - deyə o əlavə edib.