ABŞ-ın neft ehtiyatları kəskin azalıb - RƏSMİ İqtisadiyyat

ABŞ-ın neft ehtiyatları kəskin azalıb - RƏSMİ

Ötən həftənin yekunlarına görə (22-26 iyun), ABŞ-ın kommersiya neft ehtiyatları 7,19 mln. barel azalaraq 533,53 mln. barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,71 mln. barel azalacağını proqnozlaşdırırdı.