“Avropa İttifaqının maliyyə siyasəti tükənib” İqtisadiyyat

“Avropa İttifaqının maliyyə siyasəti tükənib”

"ABŞ-da uzunmüddətli işsizlik aradan qalxmayıb, Avropa İttifaqının maliyyə siyasəti tükənib". Bu sözləri İstanbulda keçirilən B-20 toplantısının açılışında Türkiyə baş nazirinin xəzinəyə və iqtisadiyyata cavabdeh müavini Əli Babacan deyib. Hazırda dünya iqtisadiyyatındakı ən böyük problemin etimad olduğuna diqqəti cəlb edən Ə. Babacan son dönəmdə ABŞ iqtisadiyyatında irəliləyiş olduğunun müşahidə edilməsinə baxmayaraq, uzunmüddətli işsizliyin hələ də qaldığını və bunun dünya iqtisadiyyatı üzərində neqativ təsirinin davam etdiyini vurğulayıb: "Avropada isə iqtisadiyyatın özünü toplaması zəif və qırılğan şəkildə gedir. Həyata keçirilən maliyyə siyasətinin limiti artıq tükənib. Mərkəzi bankın istehsalçı və istehlakçıya verdiyi pulların geri dönüşündə irəliləyiş əldə edilə bilmir". Bir müddət durğunluqdan çıxmış Yaponiya iqtisadiyyatının yenidən resessiya dönəminə girdiyini xatırladan Əli Babacan, yaxın gələcəkdə üçüncü dünya ölkələrinin iqtisadiyyatının 3%-dən artıq böyüyə bilməyəcəyini proqnozlaşdırıb.

Əli