İlham Əliyev Soçidə Çexiya prezidenti ilə görüşüb Siyasət

İlham Əliyev Soçidə Çexiya prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Soçidə Çexiya prezidenti Miloş Zemanla görüşüb.
APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycanla Çexiya arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.
Görüşdə həmçinin kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.