İsa Qəmbərin demokratiya anlayışı Siyasət

İsa Qəmbərin demokratiya anlayışı

Elşən Həsənov: "Yumruğun yeri yalnız rinq ola bilər"
Əli Orucov: "Parlament həm də siyasi mübarizənin sivil qaydada aparıldığı qurumdur"
Əvəz Temirxan: "Bu siyasi zəifliyin və aqressivliyin əalmətidir"
Azər Həsrət: "Yumruqla mövqeyini ifadə edənlər yalnız kütbeyin və savadsızlar ola bilər"
Ərəstun Baxşəliyev: "Hərbə zorba demokratiya nümunəsi deyil"

Müsavat Partiyasının sədri İsa Qəmbər "Yeni Müsavat" qəzetinə müsahibəsində özünün demokratiya haqqında anlayışını ortaya qoyub. Müsavat başqanının məntiqinə görə parlamentdə deputatların əlbəyaxa davası demokratiyanın göstəricisidir. İsa parlamentlərində əlbayaxa döyüşlərin baş verdiyi ölkələrin sırasında Ukraynanın da adını çəkib və bunu demokratiya nümunəsi kimi dəyərləndirib. Bəs siyasilər bununla bağlı nə düşünürlər? Həqiqətənmi parlamentdə əlbəyaxa davanı demokratiya nümunəsi saymaq olar?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirdi ki, bütün dünyada parlamentdə baş verən əlbəyaxa döyüşlər artıq vüsət almaqdadır: "Mənə belə gəlir ki, söz gücsüz qaldığı yerdə yumruqlar işə düşür. Siyasəti bəzən şahmata bənzədirlər. Amma bu oyunda uduzan tərəfin udan tərəfin başına şahmat taxtsını çırpması düzgün sayıla bilməz. Təbii ki, bu nöqteyi nəzərdən yanaşanda ağıla güc vermək daha məqsədəuyğundur. Yumruğun isə yeri yalnız rinq ola bilər".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov dedi ki, parlament hakimiyyətin ən yuxarı orqanlarından biridir və hakimiyyət qollarından biridir. Onun sözlərinə görə, Parlament təkcə qanunverici orqan deyil, həm də siyasi mübarizənin sivil qaydada aparıldığı qurumdur. Burda xalqın seçilmiş və mandan verdiyi nümayəndələr təmsil olunur. Ona görə də hesab edirəm ki, həm siyasi mədəniyyətin nümunəsi kimi, həm də qanunverici hakimiyyət kimi Parlament öz müsbət nüfuzunu və imicini qorumalıdır. Ordakı nümayəndələr də hər nə olursa olsun emosiyalara qapılmamalı, təxribatlara uymamalıdırıar. Son dərəcədə təmkinli və səbrli olmalıdırlar".
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan diqqətə çatdırdı ki, parlamentdə davalar demokratiya nümunəsi deyil: "Bu siyasi zəifliyin və aqressivliyin əalmətidir. ABŞ, İngiltərə, Almaniya parlamentində əlbəyaxa dava görmüsünüzmü?".
Siyasi şərhçi Azər Həsrət isə vurğuladı ki, parlament müzakirə və mübahisə yeridir, amma əlbəyaxa döyüş səhnəsi deyil: "Millət vəkili fikrini təsdiqlətmək üçün zora əl atırsa, deməli, onun əqli durumu, ziyası yetərli səviyyədə deyil. Yumruqla mövqeyini ifadə edənlər yalnız kütbeyin və savadsızlar ola bilər".
Politoloq Ərəstun Baxşəliyev bildirdi ki, Hər bir orqanda, idarədə, məclisdə etik normalar var: "Əgər bu etik normalar aşılırsa o zaman bu demokratiya deyil. Birinin digərinə hərbə zorbasıdır. Eynən Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasət kimi. İsa bəy o zaman Rusiyanın Ukraynaya təcavüzünü də demokratiya adlandırar yəqin. Çünki bu yanaşmaya başqa gün analiz vermək qeyri mümkündür".

Əli