Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur
Narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb
23 Noyabr 2024 18:40
3 871
İnkişaf etmiş ölkələr ədalətli iqlim maliyyələşməsini təmin edəcək iddialı razılaşma qəbul etməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu “Power Shift Africa”nın direktoru və təsisçisi Məhəmməd Edou (Mohamed Adow) COP29 iqlim konfransının kuluarlarında jurnalistlərə bildirib.
"İnsanların həyatı təhlükə altındadır. Biz varlı dünyanın sadəcə öz məsuliyyətindən qaçmasına icazə verə bilmərik. Bizim müşahidə etdiyimiz ABŞ-nin başçılıq etdiyi və arxasında yerdə qalan varlı dünyanın gizləndiyi "böyük qaçışdır", - o vurğulayıb.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr COP29-da razılaşmaların pozulmasına yol verməməlidir.
"İnkişaf etmiş ölkələrin öz tarixi məsuliyyətlərini dərk etməsi və zərurətə uyğun hərəkət etməsi lazımdır", - o vurğulayıb.
M.Edounun sözlərinə görə, danışıqların uğurlu olması yalnız varlı ölkələrin qrant və güzəştli maliyyələşdirmə şəklində ən azı 600 milyard dollar ayırmağa razı olacağı təqdirdə mümkündür.
11:12
868
28 Avqust 19:34
1 260
28 Avqust 19:33
1 176