“Ermənilər rejimdən qorxmasaydılar, bizi dəstəkləyərdilər” Siyasət

“Ermənilər rejimdən qorxmasaydılar, bizi dəstəkləyərdilər”

"Artıq ermənilərin şantaj dolu siyasəti özünü doğrultmur". Bunu Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı bildirib: "Amma bu dəfə əvvəlkilərə nisbətən artıq başa düşürdülər ki, çox böyük yanlışlıqlardadırlar. Çox böyük uçurumun başlanğıcıdındadırlar. Ona görə də də hesab edirəm ki, ermənilər bizim ittihamlarımızı bir az sakit qarşılıyırdılar. Daha döğrusu, bəlkə də rejimdən qorxmasaydılar, bizi tamamilə dəstəkləyərdilər, təsdiqləyərdilər. Ermənilər hər zaman çalışırlar ki, müzakirə olunan məsələlərdə, konfranslarda, tədbirlərdə biz Qarabağ məsələsindən danışmayaq, o baxımdan maksimun dərəcədə bunu əngəlləməyə çalışırlar. Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü və 5-ci məqsədlərinin müzakirəsində də elə hesab edidilər ki, əgər Dayanıqlı İnkişaf Məqsədləri qadın sağlamlığı və gender bərabərliyindən danışırsa, daha burada Qarabağ məsələsindən danışmaq qeyri-mümkündür. Amma başa düşmürlər ki, azərbaycanlıların da daha çox işlətdiyi, bu gün də beynəlxalq aforzmə çevrilən "Bütün yollar himnən keçir". Yəni hansı mövzunu müzakirə ediriksə, azərbaycanlılar üçün bir yol var, keçdiyimiz bir yol, bir məntəqə, bir dayaq var - Qarabağ konfilikti, Qarabağın işğaldan azad edilməsi məsələsi. Hansı məsələ müzakirə olursa olsun, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək və beynəlxalq ictimaiyyətin də onlara təzyiqini gücləndirməsində səylərimizi birləşdirilməsi. Buna görə də, Azərbaycan nümayəndə heyəti konfransın ayrı-ayrı sessiyalarının mövzulrına uyğun olaraq, Ermənistanın Azəbayacana qarşı işğalçılıq siyasətini pislədikcə, Ermənistandan gələn nümayəndə heyətinin acığına gəlirdi. Onlar çalışırdılar ki, reaksiya versinlər. Reaksiyada ancaq bunu bildirdilər ki, guya, Azərbaycan nümayəndə heyətinin üzvləri əsassız olaraq danışırlar. Yəni, guya Qarabağın işğalı məsələsi əsaslı olmayan məsələdir. Onlar iddia edirdilər ki, Ermənistanın Azərbaycana qarşı təcavüz məsələsinin bu sessiyada müzakirəsi mümkünsüzdür. Mən də Avronest Parlamentin sosial-siyasət komitəsinin həmsədri, moderatoru kimi bəzən buna müdaxilə edə bilmirdim, əlbəttə, bizim həmkarlarımız onların cavablarını yetərincə verdilər. Hətta təhsil nazirirnin müavini Ermənistan nümayəndə heyətinin guya Azərbaycanda tədris edilən dərsliklərdə gənclərdə ermənilərə qarşı da nifrət hissinin aşılanmasıyla bağlı söylədiklərinin cavabını kifayət qədər kəsərli verdi. Təhsil nazirinin müavini bildirdi ki, əslində, bu işi ermənilər edir. O bildirdi ki, ermənilər öz uşaqları və gənclər arasında azərbaycanlılara qarşı düşmənçilik toxumu səpiblər. Mən də çıxışımda dedim ki, davamlı və dayanıqlı inkişaf deyəndə bu təhlükəsizlik, sabitlikdir, konfiliktsiz, münaqişəsiz cəmiyyətdir, istər mülki münanaqişə olsun, istərsə də hərbi münaqişə olsun, tarazlı, balanslı, harmonik inkişafdır. Ola bilməz ki, Azərbaycanın 20 faizdən çox ərazisi işğal altında olsun, amma 80 faiz torpaqlarında digər inkişaf məqsədləri- tutaq ki, ailə, qadın sağlamlığı, gender bərabərliyi, bu beynəlxalq dünya standartlarına cavab səviyyəsində inkişaf etsin, amma işğal altında olan torpaqların haqqında düşünməyək. Yaxud da işğal altındakı torpaqlarımızdan qovulmuş, çıxarılmış soydaşlarımız, 1 milyondan artıq vətəndaşımızın sosial-iqtisadi durumu, dayanıqlı inkişafla bağlı həyata keçirilməyə çalışılan ayrı-ayrı hədəfləri haqqında düşünməyək. Bu gün BMT-nin qəbul etdiyi bu Davamlı İnkişaf Məqsədlərində əsas götürülən məsələ cəmiyyətin həssas qrupu- qocalar, əlillər, uşaqlar və qadınlardır. Bu mənada Davamlı İnkişaf Məqsədlərini qəbul edən mötəbər, ali kürsüdə dünyanın BMT üzvü olan ölkələrinin rəhbərlərinin iştirak etdiyi dövlət və hökümət başçılarının iştirak etdiyi tədbirdə qəbul olunan sənəddə əgər yazılırsa da, bu məqsədlər həllinin həssas qrupu arasında daha çox diqqət və qayğı göstərilməlidir. Biz bunu unuda bilmərik". M.İbrahimqızı bildirib ki, necə ola bilər ki, biz girovluqda və əsirlikdə olan qadınlar, uşaqlar və qocalardan danışmayaq: "Davamlı İnkişaf Məqsədlərinin 16-ci maddəsi elə sülh və konfiliktlərin həll olunmasıdır. Ermənistan da daxil olmaqla bütün ölkələr imza ataraq, öhdəlik götürübdür. Ona görə də Azərbaycan nümayədə heyətinin sizin ölkənin işğalçılıq siyasətiylə bağı dediyi fikirləri normal qəbl etməlisiniz. Bu sizin ünvanınıza deyilən sözlər deyil, bu beynəlxalq təşkilatların Azərbaycanın 20 faiz torpaqlarnı işğal edən Ermənistanla bağlı sənədlərində yazılıb. Bu, BMT-nin TŞ-nin 4 qətnaməsində yazılıb. Odur ki, ermənilər yaxşı-yaxşı fikirləşməlidirlər, nə qədər ki, işğalçılıq siyasətindən əl çəkməyəcəklər, onarın gələcək taleyi daha da təhlükə altında olacaqdır və möhtərəm prezidentimizin bu günlərdə Nyu-Yorkda BMT-nin 72 -ci sessiyasında səsləndirdiyi kimi aprel döyüşləri təkrarlana bilər".