Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli... Siyasət

Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli...

Erməni dindarlar Cavaxetiya (Gürcüstan) regionunda kilsəyə xaçkar yerləşdirməklə onun ermənilərə məxsusluğunu nümayişinə cəhd etdilər. Gürcü polisi ermənilərin bu əməlinin qarşısını aldı. Gürcüstanın Daxili İşlər naziri G. Mqebrişvili hadisə yerinə gəldikdən sonra saxlanılanlar olsa da sonradan buraxıldılar. Bir neçə gün keçmiş gürcü pravoslav kilsəsi erməni apostol kilsəsinin Gürcüstan yeparxiyası ilə birlikdə Axalkalaki rayonun Qumburdo kəndindəki kilsə ətrafında yaranmış vəziyyəti müzakirə etdilər. Erməni apostol kilsəsinin gürcü yeparxiyası Qumburdo kəndindəki kilsəyə iddialarının olmadığını bildirdi. Çünki bu gürcü kilsəsidir. Gürcüstandakı erməni icmasının liderlərindən olan Arnold Stepanyan ilk əvvəldən bu kilsənin gürcü kilsəsi kimi tikildiyini bildirdi.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşmək ərəfəsində gürcü ekspertləri bu layihəni digər dövlətlərin blokadasına yönəlmədiyini və Cavaxetiya regionu ermənilərinin də fayda götürəcəyini izah etdilər.
Gürcüstan Xarici İşlər Nazirliyi Ruben Sadoyanın Ermənistanın Gürcüstandakı səfiri təyin edilməsinə etiraz etməyəcəyini bildirdi. R.Sadoyan Ermənistanın Gürcüstandakı səfiri təyin olundu. O keçmiş nəqliyyat naziri A.Beqlaryanın adamı hesab olunur. Əksər ekspertlər fəaliyyətsiz səfir Y.Vardanyanın postda qalmasını yeni təyinatdan daha faydalı hesab edirlər. Bununla da politoloq S.Minasyanın Gürcüstana səfir təyin edilməsinə rəsmi Tbilisinin etiraz etməsi bəlləndi. Gürcülərin fikrincə, S.Minasyan bir çox antigürcü və Rusiyapərəst şərhlərin müəllifidir.
Samtsxe-Cavaxetiya regionun erməniləri həm də Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi prizmasından aktivlik nümayiş etdirdilər. Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimət göstərmək prizmasından neytrallaşdıra bilər. Gürcü ekspertləri BTQ-nin yerli ermənilər üçün faydalı olacağını izah edirlər. Yada salaq ki, V.Tsaxalyan məhz Bakı-Tbilisi-Qarsın tikintisinə etiraz aksiyaları təşkil etdiyinə görə həbs olunmuşdu. Bakı-Tbilisi-Qarsa Ermənistanın qoşulmaq məsələsi gürcü ekspertləri arasında aktual mövzuya çevrilib. Təşəbbüskar Ermənistan KİV-ləridir. Gürcü ekspertləri erməni mətbuatına açıq mətnlə bildirirlər ki, Ermənistanın BTQ-dən istifadəsi Gürcüstana aid məsələ deyil, hökmən Ermənistan bu məsələni Azərbaycanla həll etməlidir.