Arif Hacılı-Əli Kərimli görüşü növbəti qalmaqala rəvac verib Siyasət

Arif Hacılı-Əli Kərimli görüşü növbəti qalmaqala rəvac verib

Elıman Fəttah: "AXCP funksionerlərinin anlaşılmayan, qeyri-peşəkar yanaşmaları göstərir ki, intriqaların davam etməsində maraqlıdırlar"

Gülağa Aslanlı: "Əli Kərimlinin mövqeyi tamamilə siyasi etikaya ziddir"

Müsavat başqanı arif Hacılı AXCP sədri Əli Kərinli ilə görüşəndən sonra partiyalar arasında münasibətlər normallaşmayıb, əksinə görüş yeni qalmaqala rəvac verib.
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Müsavat başqanı Arif Hacılının Əli Kərimli ilə görüşü ətrafında yaranan qalmaqala münasibət bildirərkən "Arif Hacılı ilə Əli Kərimlinin görüşündə iştirak etmişəm. Bu görüş Arif Hacılının təşəbbüsü ilə baş tutdu, normal keçdi, iki saata yaxın davam etdi. Əgər AXCP funksionerləri hesab edirlərsə ki, görüş təklifi sadəcə etika xatirinə qəbul edilib, bu açıqlama özü etikadan uzaqdır. Eyni zamanda, peşəkarlıqda uzaq və siyasətçiyə yaraşmayan açıqlamadır. Bu kimi açıqlamalar heç bir siyasi partiya üçün nüfuz deyil, əksinə, xələl gətirir",- deyə bildirib. Səxavət Soltanlının sözlərinə görə, görüş normal keçsə də, qarşı tərəfdən adekvat olmayan fikirlər səsləndirilib: "Bu fikirlər onlara başucalığı gətirmir. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əməkdaşlıq barədə müzakirələr aparıldı. Kimlərsə bu gün və gələcəkdə özlərini bizə müxalifətdə görəcəklərsə, bu, bizim problemimiz deyil".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib ki, Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Əli Kərimlinin görüşünə AXCP fəallarının qeyri-peşəkar münasibətinin şahidi oluruq. O xatırladıb ki, Müsavat Partiyasının 2015-ci il illə bağlı Fəaliyyət Planının əsasında siyasi partiyalarla, təşkilatlarla əməkdaşlıq, seçki islahatları, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərdə birgə müşahidənin təşkili ilə bağlı əməkdaşlıq məsələləri durur.
Onun sözlərinə görə, Arif Hacılının da Əli Kərimli ilə görüşü bu kontekstdə keçirilib: "Müsavat Partiyası çalışır ki, müxalifət daxilindəki qarşıdurmalar aradan qaldırılsın. Bununla belə, AXCP funksionerlərinin anlaşılmayan, qeyri-peşəkar yanaşmaları göstərir ki, bəzi siyasi qüvvələr müxalifətdaxili yersiz intriqaların davam etməsində maraqlıdırlar. Biz buna təəssüflənirik. Müsavat Partiyası Milli Şuradan çıxmazdan əvvəl qurum daxilində bir sıra partiyalara, o cümlədən AXCP-yə əməkdaşlıq və müttəfiqlik təklifləri ilə çıxış etmişdi. Düşünürük ki, siyasi təşkilatlar arasında münasibətlər müqavilələrlə tənzimlənməlidir. Amma AXCP buna ehtiyac olmadığını bildirdi. Hazırkı dövrdə hələ də bəzi məsələlərin rəsmi sənəd üzərindən tənzimlənməsini anlamayan siyasi qüvvələrlə əməkdaşlıq çətin olur".
Müsavat Partiyasının başqanının müavini, partiyanın Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı isə deyib ki, AXCP-nin sədri Əli Kərimlinin mövqeyi tamamilə siyasi etikaya ziddir. Müsavat rəsmisinin fikrincə, AXCP rəhbərliyi vahid mövqe sərgiləmir: "Məncə, onlar vahid bir mövqe sərgiləsələr, daha məqsədəuyğun olar. Çünki Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq etməsi fonunda deyilən fikirlər də məsələni konteksdən kənarlaşdırmaqdır. Bu kimi açıqlama görüşün məzmunu və mahiyyətini dəyişməkdən başqa bir şey deyil".

Əli