Mərkəzi Elmi Kitabxanada Milli mətbuatın 151 illiyi münasibətilə tədbir keçirilib
Rubio: ABŞ Hörmüz boğazından təhlükəsiz tranzitin təşkili ilə bağlı danışıqlar aparır
"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirildi
Milli mətbuatda dövlətçilik düşüncəsi – Komitə sədrinin YAZISI
22 Oktyabr 2021 15:59
3 822
Təcavüzkar Ermənistanın ötən il Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general Polad Həşimov Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb.
Trend xəbər verir ki, mükafat Ankarada baş tutan təltifetmə mərasimində şəhid generalın anası Səmayə Həşimovaya təqdim olunub.
Mükafatı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Ankara valisi Vasip Şahin və “EkoAvrasiya”nın təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç təqdim ediblər.
Mərasimdə çıxış edən “EkoAvrasiya”nın rəhbəri Hikmət Eren başçılıq etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, dərnəyin əsas fəaliyyəti türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu münasibətlərin inkişafına kömək etməkdir.
Çıxışında “Avrasiya Hizmət Ödülü”nün Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını deyən Hikmət Eren şəhidin ailəsinin də belə bir mükafatı məmnuniyyətlə qarşıladığını vurğulayıb və buna görə şəhid generalın anasına təşəkkürünü ifadə edib.

