IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
31 Yanvar 2023 15:48
6 027
Yanvarın 30-da Təbriz Universitetində Şimali Azərbaycana dəstək aksiyası keçirilib.
Universitetin Hüquq fakültəsinin qarşısına toplaşan tələbələr əllərində dəstək və başsağlığı ifadə edən vərəqələr tutublar.
Tələbələr “El gücü, sel gücü”, “Vətən adına birlik yaraşır”, “Azərbaycan, başın sağ olsun” və başqa bu məzmunlu plakatlarla terror hücumu nəticəsində Azərbaycan səfirliyin əməkdaşının öldürülməsi və Xoy zəlzələsində həyatını itirənlərin xatirəsini anıblar.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
28-29 yanvar tarixlərində Xoyda baş verən iki ardıcıl güclü zəlzələ nəticəsində isə 3 nəfər həlak olub, 1200-ə yaxın azərbaycanlı yaralanıb. (Axar.az)
22 Sentyabr 13:37
1 190
21 Sentyabr 10:47
1 533
18 Sentyabr 16:47
2 499