Rusiya Ermənistanda hakimiyyəti dəyişəcək Dünya

Rusiya Ermənistanda hakimiyyəti dəyişəcək

Sarkisyan daha prezidentliyə namizəd olmayacağını açıqlayıb

Daha prezidentliyə namizəd olmayacam. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu konstitusiya islahatları üzrə xüsusi komissiyasının üzvləri ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.
Hazırda Ermənistanda mövcud dövlət idarəçiliyi modelinin ən məqbul olduğunu deyən S.Sarkisyan qeyd edib ki, komissiyanın qaldırdığı məsələ ictimai müzakirələrin predmeti olmalıdır.
"Əgər müzakirələrin yekun nəticəsi kimi istəklərimə cavab verməyən, yəni parlament idarəçiliyi variantı seçilsə, mən baş nazir postuna iddia etməyəcəm. Fikrimcə, Ermənistanda bir nəfər iki dəfədən artıq dövləti idarə etməyə iddia etməməlidir", - deyə o vurğulayıb.