16 Sentyabr 23:38
12 İyul 2024 11:43
3 549
Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir.
APA-nın Moskva müxbiri xəbər verir ki bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novostiyə müsahibəsində bildirib.
“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, - rusiyalı nazir müavini vurğulayıb.
Qaluzinin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA