Ukraynada “xalq meri” saxlanıldı Dünya

Ukraynada “xalq meri” saxlanıldı

Ukraynanın şərqindəki Donbass şəhərində "xalq meri" və daha üç rus separatçısı Milli Qvardiya əsgərləri tərəfindən saxlanılıb.
Saxlanılanlar Kiyevə göndəriliblər. Onların "Donetsk xalq respublikası" separatçı hərəkatının aktiv iştirakçıları olduğu xəbər verilir. Ukrayna mətbuatı saxlanılardan Poltoratskaya İrinanın bir müddət özünü Toreza şəhərinin meri elan etdiyini xəbər verir. İqor Yanievin isə Denisin qondarma referendumun keçirildiyi "Donetsk xalq respublikası"nın Torezadakı Ərazi Seçki Komissiyasının sədri olduğu bildirilir. Saxlanılanlardan digərləri Toreza "xalq meri"nin müavini Polyakov İqorun və Snejnoe şəhərindəki terrorçuların lideri Simko Aleksandrın Ukrayna hüquq-mühafizə orqanlarına qarşı təşkil edilmiş silahlı basqınların təşkilatçılarından olduğu, hər iki şəxsin Rusiyanın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırıldığı qeyd olunur.

TURQUT