İspaniyada ümummilli tətil zamanı 100-dən çox insan saxlanılıb Gündəm

İspaniyada ümummilli tətil zamanı 100-dən çox insan saxlanılıb

Noyabrın 11-də keçirilən ümummilli tətil zamanı İspaniyanın müxtəlif şəhərlərində 100-dən çox insan saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.

Qəzetin verdiyi informasiyaya görə, tətil iştirakçılarının ən çoxu Barselonada saxlanılıb - təxminən 50 nəfər.

Krallıqda 24 saatlıq tətil noyabrın 11-də baş tutub. Tətil keçirmək niyyəti ölkədə mənzil böhranı səbəbindən müxtəlif etiraz aksiyalarının keçirilməsi fonunda 2026-cı ilin oktyabrında elan edilmişdi. Tətil iştirakçıları səhər saatlarından etibarən piket və mitinqlər keçirib, həmçinin bir sıra yollarda hərəkəti bağlayıblar. Tələblər arasında əlçatan mənzil və layiqli əməkhaqqı yer alır.

Axşam saatlarında tətil çərçivəsində ölkənin müxtəlif şəhərlərində çoxsaylı aksiyalar keçirilib. Bir sıra hallarda mitinqlər iğtişaşlara və etirazçılarla polis arasında toqquşmalara çevrilib.

Məryəm Quliyeva