Polşa ABŞ-dən "Tomahawk" raketləri alır Gündəm

Polşa ABŞ-dən "Tomahawk" raketləri alır

ABŞ-yə səfəri zamanı Polşa nümayəndə heyəti "Tomahawk" qanadlı raketlərinin mümkün alınması ilə bağlı çox yaxşı keçən danışıqlar aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Vaşinqtondan Varşavaya qayıtdıqdan sonra bildirib.

""Tomahawk"larla bağlı danışıqlar çox yaxşı gedir", - deyə "Wirtualna Polska" internet portalı Müdafiə Nazirliyinin rəhbərindən sitat gətirib.

Vaşinqtonda olarkən Kosinyak-Kamış bildirib ki, Polşa ABŞ-dən bu raketlərin alınması məsələsini "hələ bir neçə ay əvvəl" qaldırıb.

Nazir əlavə edib ki, danışıqların digər mövzuları Polşa ərazisində ABŞ-nin daimi hərbi bazasının yaradılması və müdafiə sahəsində Polşa və Amerika şirkətləri arasında əməkdaşlıq olub.

2015-ci ildə Polşa artıq ABŞ-dən bir partiya "Tomahawk" raketi almağa cəhd etmişdi, lakin həmin vaxt bu mövzuda danışıqlar nəticəsiz başa çatmışdı.

Məryəm Quliyeva