Birləşmiş müxalifət güclənir Dünya

Birləşmiş müxalifət güclənir

AKP və MHP Türkiyədə keçiriləcək prezident seçkisindən öncə səs itirməyə başlayıb.
Bu nəticə "Piar" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticələrinə əsasən, iki partiyanın yaratdığı ittifaq mart ayına nisbətdə 2,5% səs itirib. Buna səbəb isə iqtisadiyyatın son vəziyyəti göstərilib.
Respondentlərin 32,3%-i AKP-MHP-yə səs verməyə hazır olduğunu bildirib. Ondan sonrakı yerləri CHP (17,1%), İYİ Partiyası (12,8%), HDP (8,8%), Səadət Partiyası (1,8%) tutub. Kimə səs verəcəklərini hələ müəyyən etməyənlərin sayı 11%, ümumiyyətlə, səsvermədə iştirak etməyəcəklərini deyənlər isə 16% olub.
Şirkət həmçinin kimə səs verəcəklərini hələ müəyyən etməyən şəxslərin də səs faizini partiyalar arasında paylayıb. Bunun nəticəsində AKP-MHP ittifaqım 44,24%, CHP 23,42%, İYİ Partiyası 17,53%, HDP 12,05%, Səadət Partiyası isə 2,49% səs sahibi olub.
İtiffaqlar qurulacağı təqdirdə isə əhalinin 44%-i AKP-MHP ittifaqına, CHP-HDP ittifaqına 32,20%-i, İYİ Partiya-Səadət Partiyası ittifaqına 23,29% səs verəcək. CHP-İYİ -SP-DP ittifaqının isə səs faizinin 40,2%-ə qalxacağı ehtimal edilir. HDP də bu ittifaqa qoşulsa, o zaman onlara səs verənlərin sayı 53%-ə qalxacaq ki, bu da parlamentdə böyük üstünlük deməkdir.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkisi 24 iyunda keçiriləcək.