Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
31 Mart 2020 16:40
1 267
Avropa ABŞ sanksiyalarına məruz qalmadan İranla ticarət əlaqəsi yaratmaq üçün İNSTEX adlı xüsusi ticarət mexanizmini işə salıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya, Fransa və İngiltərə yeni yaradılan mexanizm vasitəsilə İrana tibbi ləvazimatlar ixrac edib:
“Yeni tip koronavirusdan İranda xeyli insan həyatını itirib. Bu səbəblə İrana tibbi ləvazimatlar ixrac etdik. Avadanlıqlar artıq ünvana çatıb. İranla ticarətimiz daha da genişlənəcək”.
Yeni yaradılan mexanizmdə ABŞ dollarından istifadə edilməyib.
Qeyd edək ki, ötən ilin dekabrında Almaniya, İngiltərə və Fransanın (E3) İranla ticarət etmək üçün qurduqları İNSTEX-ə Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də qatılmışdı.