Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü keçib Dünya

Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra belə bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 52 305 şübhəli koronavirus testindən keçib, onlardan 867-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4609 nəfər ölüb, 166 422 nəfər bu infeksiyaya yoluxub, 130 852 nəfəri isə müalicə olunub. Bu gün daha 931 xəstə evə buraxılıb.