BƏƏ artıq beynəlxalq turistləri qarşılamağa başlayır Dünya

BƏƏ artıq beynəlxalq turistləri qarşılamağa başlayır

BƏƏ hava limanına gələnlər üçün məcburi PZR testinin keçirilməsini elan edir

BƏƏ hansı ölkədən gəlməsindən asılı olmayaraq, hava limanı vasitəsi ilə buraya səfər edən və o cümlədən tranzıt sərnişinləri üçün COVID-19 testinin edilməsinin məcburi olduğunu elan edir. 12 yaşadək olan uşaqlar, həmçinin orta və ağır dərəcəli əlilliyi olan şəxslər etibarlılıq müddəti 96 saat olan test tələbindən azad edilir. Qərar avqustun 1-dən qüvvəyə minəcək.

BƏƏ səfirliyindən verilən məlumata görə, bütün sərnişinlər üçün PZR testlərinin tələb edilməsi qərarı BƏƏ-nin pandemiya müddətində həm sərnişinləri, həm də aviasiya sənayesini qoruyacaq təhlükəsiz və məsuliyyətli səyahət tədbirləri qurmaq əzmini əks etdirir. Bu tədbirlər sənaye rəhbərləri, hökumət nümayəndələri və səhiyyə orqanları arasında keçirilmiş geniş məsləhətləşmələrdən sonra qəbul edilmişdir. Bütün risklərin qarşısını almaq mümkün olmasa da, bu tədbirlər elmi cəhətdən riskləri azaltmaq üçün hazırlanmışdır.

Aparıcı nəqliyyat mərkəzi kimi BƏƏ təhlükəsiz qlobal səyahət və əlaqələrin bərpa edilməsində öz rolunu oynamağa qərarlıdır. Testlərin aparılması üzrə dünyanın ən yüksək nəticəyə sahib ölkələrindən olması, zəif yüklənmə və ciddi sağlamlıq arayışları sayəsində BƏƏ səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir.