16 Sentyabr 23:38
4 Avqust 2021 13:59
3 038
Ötən 2 gün ərzində İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bunu İranın qırmızı Aypara Cəmiyyətinin Xilas və Yardımetmə departamentinin direktoru Mehdi Vəlipur deyib.
M.Vəlipurun sözlərinə görə, İranın Qəzvin vilayətində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb, Qərbi Azərbaycan vilayətində 1 nəfər, Mazandaran vilayətində isə bir nəfər ölüb.
O, əlavə edib ki, İranın 10 vilayətində - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Tehran, Zəncan, Simnan, Qəzvin, Kürdüstan, Kirman, Mazandaran və Hörmüzqan vilayətlərində daşqınlar qeydə alınıb.
85 nəfərin müvəqqəti sığınacağa, 3 yaralı isə xəstəxanaya yerləşdirilib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA