Elşad Hacıyev: "Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır" Hadisə

Elşad Hacıyev: "Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır"

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti adından rəsmi olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir, yalandır.
Bunu açıqlamasında sosial şəbəkələrdə Baş Polis İdarəsinin adından yayılmış "telefonoqram"ı şərh edən BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi adından guya bütün polis idarə və şöbələrinə vətəndaşların küçələrə çıxmasını qadağan edən telefonoqram göndərilib. Halbuki daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir. Sosial şəbəkələrdə yayılan bu məlumat isə yalandır. BŞBPİ-nin rəsmisi vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıb.