Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
Nazir: Tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik
ANAMA əməkdaşı Qazaxın Bala Cəfərli kəndində minaya düşüb, ayağı amputasiya edilib
29 May 2020 12:59
1 477
Müəllimlərin iş yerini dəyişməsi müsabiqəsinə sənəd qəbulunun vaxtı açıqlanıb.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb. Bildirilib ki, iyunun 1-dən 5-dək Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu keçiriləcək. Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.
1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;
2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;
3. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.
13:23
245
13:00
364
12:58
399