Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
9 İyul 2020 17:15
2 121
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib.
Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı 2020-ci il iyulun 6 dan başlayıb və iyulun 15-dək davam edəcək.
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir:
"Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər".
15 May 18:39
1 281
15 May 18:37
1 183
15 May 11:27
1 372