XİN ATƏT-dən narazı qalıb Hadisə

XİN ATƏT-dən narazı qalıb

"Azərbaycanda media azadlığı üzrə açıqlaması qərəzli və qeyri-obyektivdir"

ATƏT-in Azərbaycanda media azadlığı üzrə açıqlaması qərəzli və qeyri-obyektivdir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti vəzifəsini icra edən Hikmət Hacıyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu heç bir halda Azərbaycanda media sahəsində obyektiv vəziyyəti əks etdirmir:
"Azərbaycanda media azadlığı tam şəkildə təmin olunur. Azərbaycanın ATƏT-dəki Daimi nümayəndəliyi tərəfindən məsələ ilə əlaqədar narazılığımız ATƏT-ə çatdırılıb".