Dövlət Fitosanitar Nəzarəti Xidməti regional elmi-praktik seminar keçirib Hadisə

Dövlət Fitosanitar Nəzarəti Xidməti regional elmi-praktik seminar keçirib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 24-25 dekabr 2014-cü il tarixində Quba rayonunun Heydər Əliyev Mərkəzində "Ekoloji təhlükəsiz pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi, elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi" mövzusunda regional elmi-praktik seminar keçirilib. Seminarda Dövlət Xidmətinin və Xidmətin yerli qurumlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, müvafiq elmi-tədqiqat institutlarının mütəxəssisləri, fermerlər, torpaq mülkiyyətçiləri, pestisidlərin satışı və tətbiqi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, ümumilikdə 250 nəfər iştirak edib. Regional elmi-praktik seminarın gedişində aşağıdakı mövzular müzakirə olunub:
- Kənd təsərrüfatında fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik istiqamətləri;
- Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının təqdimatı;
- Elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi;
- Bioloji mübarizə üsulunun geniş tətbiqinə nail olmaqla bitki mühafizəsi tədbirlərinin iqtisadi və sosial səmərəsinin yüksəldilməsi;
- İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə əsas bitki kulturaları üzrə inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiqi perspektivləri;
- Tumlu meyvə bağlarının xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri; – Pestisidlərdən istifadə zamanı təhlükəsizlik tədbirləri;
- Kimyəvi preparatların tətbiqinin zərərli orqanizmlərin iqtisadi ziyanvermə hədləri və entomofaqların səmərəlilik həddi əsasında istifadəsi reqlamentinə nail olmaqla pestisidlərin kütləvi tətbiqindən zəruri hallarda tətbiqinə keçilməsi yolu ilə kimyəvi vasitələrin tətbiqinin rasionallaşdırılması;
- Ekoloji təhlükəsiz və hormonal təsirli pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi; – Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri və entomofaqları.
fito1Seminarın keçirilməsində əsas məqsəd pestisidlərin kortəbii tətbiqindən zərərli orqanizmlərin iqtisadi ziyanvermə həddi və entomofaqların səmərəlilik həddi əsasında tətbiqinə keçilməsi yolu ilə kimyəvi mübarizənin rasionallaşdırılması nəticəsində istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunması, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasından ibarət olub.