“Müsavat və AXCP-də demokratiya yoxdur” Hadisə

“Müsavat və AXCP-də demokratiya yoxdur”

"Bütün bunların hər biri ondan qaynaqlanır ki, Müsavat, AXCP və digər radikal müxalifət partiyalarında demokratiya yoxdur". Bunu Yurddaş Partiyasının sədri Mais Səfərli yenidən qurultayın keçirilməsi və İsa Qəmbərin başqanlığa gətirilməsi məsələsinə münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, radikal müxalifət partiyalarından nə desən, gözləmək olar: "Reallığa baxsaq heç demərsən ki, İsa Qəmbər Müsavat Partiyasından gedib. Qubad İbadoğlu bəyan etdi ki, sözügedən partiyanın başqanı yenə də faktiki olaraq İ.Qəmbər, formal başqan isə Arif Hacılıdır. Burada hər şey ola bilər. Bu gün sözügedən partiyalar hamıdan demokratiya tələb edirlər, amma partiya daxilində demokratiyanı təmin etmək, islahatlar aparmaq kimi heç bir iş görmürlər".

Əli