TANAP-n çəkilişinə 2015-ci ilin əvvəlində başlanacaq İqtisadiyyat

TANAP-n çəkilişinə 2015-ci ilin əvvəlində başlanacaq

Rövnəq Abdullayev: "Layihə Avropanın enerji təhlükəsizliyini yüksəltməyə imkan verəcək"

Sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində Cənubi Qafqaz (Bakı-Tiflis-Ərzurum) qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanması mərasimi keçiriləcək. "Trend" xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu, faktiki olaraq Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının başlanğıcı deməkdir.
Cənub Qaz Dəhlizi Avropaya özünün karbohidrogenlərin çatdırılma mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək.
Xatırladaq ki, TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi vasitəsilə Avropa ilə sərhədədək çatdırılmasını nəzərdə tutur.
ARDHŞ rəhbəri bildirib ki, 2015-ci il aprelin 1-də TransAnadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində fiziki işlərə başlanacaq. Onun sözlərinə görə, yeni qaz kəmərinin tikintisinin təməlqoyma mərasiminin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir.
Fiziki işlərin başlanması haqqında danışan Abdullayev qeyd edib ki, burada söhbət torpaq işlərinin başlanmasından gedir.
ARDNŞ prezidenti səhmdarların tərkibində mümkün dəyişikliklərlə bağlı suala cavab verərkən bildirib ki, hələlik belə bir dəyişiklik gözlənilmir.
Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov isə regionda baş verən son dəyişikliklərlə bağlı çıxış edib. Vüqar Bayramovun sözlərinə görə, o, çıxışında Ukrayna münaqişəsini, Cənubi Qafqaz regionundakı son durumu qiymətləndirib, eyni zamanda Avropa İttifaqına və Şərq tərəfdaşlığı proqramına üzv olan hökumətləri vətəndaş cəmiyyətinin inkişafını daha yaxından dəstəkləməyə çağıraraq təkliflər verib.