Elçin Quliyev Hasan Nevzat Taşdeleri qəbul edib Siyasət

Elçin Quliyev Hasan Nevzat Taşdeleri qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi Hasan Nevzat Taşdeleri qəbul edib. DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Görüş zamanı general-polkovnik E.Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi işinin təşkili və inkişafı məsələlərində DSX ilə fəal əməkdaşlığa görə, Türkiyə Silahlı Qüvvələrinin Hərbi Attaşesi və Hərbi Əməkdaşlıq üzrə koordinasiya qurumunun rəhbəri general-leytenant Hasan Nevzat Taşdeleri "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı ilə təltif edib və yeni xidmətində uğurlar arzulayıb. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.