Metyu Brayza AŞPA məruzəçisinin Dağlıq Qarabağa buraxılmamasından danışıb Siyasət

Metyu Brayza AŞPA məruzəçisinin Dağlıq Qarabağa buraxılmamasından danışıb

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən regiona buraxılmamasını şərh edib.
"Vestikavkaza.ru" saytının verdiyi xəbərə görə, sabiq səfir bu qərarın qəribə olduğunu bildirib: "Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır".
Xatırladaq ki, R. Volter sentyabrın 17-də cəbhə xəttinin Azərbaycan tərəfinə səfər edib. Lakin işğalçı rejim onun Dağlıq Qarabağa getməsinə icazə verməyib.