“Rusiya Ermənistanı silahlandırır” Siyasət

“Rusiya Ermənistanı silahlandırır”

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-n Minsk qrupunda növbəti ildən yeni təyin olunacaq həmsədri, yeni ABŞ administrasiyasının xarici kursunu davam etdirəcək. Yeni xarici siyasətdə demokratlardan fərqli olaraq, respublikaçılar Cənubi Qafqaz siyasətinə daha da diqqət ayıracaqlar. Burada enerji və təhlükəsizlik sahəsi pioritet olaraq, Rusiyanın Cənubi Qafqzda mövqeyinin zəiflədilməsinə, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv siaysət aparacaqlar. Yeni təyin olunan həmsədrin, sələfindən fərqli olaraq, bəyanatlarla deyil konkret işlərlə məşğul olması gözlənilir. Çünki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar dayanıb, faktiki Rusiya Ermənistanı silahlandırır və geosiyasi maraqları naminə münaqişə ətrafında status-kvonu qoruyur. Rusiya bu, münaqişə ətrafında ABŞ-ın Cənubi Qafqzda maraqlarına təhdid yaradaraq, tədricən buradan uzaqlaşması siaysətini aparır. Ermənistanda möhkəmlənməklə və Azərbaycana təzyiq rıçaqlarını aparmaqla,Gürcüstanıda Qərbdən qoparmaq siyasi kursunu davam etdirir.
Yeni ABŞ həmsədrinin Minsk qrupunda fəaliyyəti, Rusiya ilə ortaq məxrəcdə tutmasa, münaqişə ətrafında ümumi dəyişiliklərə gətirib çıxardacaq. İndiyə kimi Rusiya ilə ABŞ-ın Minsk qrupunda ortaq fəaliyyətinin nəticəsində staus-kvo dəyişməyib. Regionda və Beynəlxalq dünyada gedən geosiyasi mübarizədə iki super dövlətin maraqlarının bundan sonra Qarabağ münaqişəsi ətrafında eyni mövqeyi sərgiləməsi real görünmür.Ən azı,respublikaçılar, demokratlardan fərqli olaraq, Rusiyanın cilovlanmasının tərəfdarıdırlar.