“Qarabağ münaqişəsinin həllinin yeganə yolu Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü çərçivəsində olmalıdır” Siyasət

“Qarabağ münaqişəsinin həllinin yeganə yolu Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü çərçivəsində olmalıdır”

Azər Badamov: "Azərbaycan BMT-yə ölkəmizin ərazi bütövlüyü tanınaraq daxil olub"

"Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü çərçivəsində olmalıdır. 23 yanvarda hərbi şəhərciyin açılışı mərasimində cənab Prezdent bu məsləyə bir daha toxundu". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT-yə ölkəmizin ərazi bütövlüyü tanınaraq daxil olub: "Ərazi bütövlüyümüz dünyanın nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də tanınmışdır. Haqq-ədalət də bizim tərəfimizdədir. Neçə illərdir ki, Ermənistanla bu istiqamətdə danışıqlar aparılır. Amma təəssüf ki, bu günə qədər münaqişənin həlli istiqamətində hər hansı irəliləyiş olmammışdır. Əldə olunan yeganə irəliləyiş də 2016-cı il aprelin əvvəlində ordumuzun gücü ilə min hektarlarla torpağımızın işğaldan azad edilməsi olub. Ona görə də biz heç kimə arxayın olmadan öz ordumuzun hərbi potensialını artırmalıyıq. Təbii ki, əbədi müharibə şəraitində, torpaqlarımızın işğalı ilə razılaşıb yaşaya bilmərik. Məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağda da müasir şərait qurulmalıdır. Bunu Ermənistanın rəhbərliyi də dərk etməlidir. Çünki, Ermənistan qonşulardan təcrid olunub, iqtisadi səfalətin içində çabalayan kimlərinsə diqtəsilə oturub–duran marionet ölkədir.
Qarabağ münaqişəsinin həlli Ermənistanın da inkişafına yol açacaq. Münaqişənin həll yolu cənab Prezdentin qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə olmalıdır. Azərbaycan öz ərazisində ikinci erməni ölkəsinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Biz inkişaf edirik. Ordumuz güclənir, hərbiçilərə müasir şəraitlər yaradırıq. Orsdumuzu ən müasir silahlarla silahlandırırıq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan heç vaxt öz torpağını erməni işğalında saxlamaqla razılaşmayacaq və öz mövqeyində qətidir".