Politoloqdan Ermənistana ittiham Siyasət

Politoloqdan Ermənistana ittiham

"Ekzotik korrupsiyalar ölkəsidir"



"Ermənistanda bütün növ, hətta ekzotik korrupsiya var. Nəzəriyyədə korrupsiyanın əsasən 3 növü göstərilir". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu səsləndirib. O həmçinin Ermənistanda bütün növ korrupsiyanın olduğuna dəlalət edən faktları açıqlayıb: "
I) Ermənistanda Avropa İttifaqının fəaliyyətində korrupsiya riskləri aşkardır:
a) Aİ Yerevan ofisinin menecerinin kabinetində axtarış aparılarkən 1 milyon dollar nağd pul aşkarlandı. Bu miqdarda nağd pul Ermənistanda heç banklarda olmur.
b) Aİ-nın Ermənistana ayırdığı qrantların xərclənməsilə ilə əlaqədar bir neçə dəfə cinayət işi başlanıb.
c) Avropa İttifaqının Yerevandakı əvvəlki səfiri Trayan Xristeanın dövründə belə korrupsiya faktlarının daha geniş yayıldığı, Avropa rəsmilərinin xahişi ilə Ermənistanda məqsədyönlü maliyyə işlərinin görüldüyü ilə bağlı məlumatlar var. Eləcə də Ermənistan rəsmilərinin xahişi ilə Avropa məmurları arasında T. Xristeanının müəyyən pul əməliyyatları reallaşdırdığımə lumatlar sonra üzə çıxdı.
II. ABŞ-ın Ermənistandakı səfiri R.Millz ABŞ Universitetlərindən birinə qəbul olmuş Ermənistan vətəndaşının hərbi xidmətdən azad olunması ilə əlaqədar Ermənistana hökumətinə müraciət etməsidir. Hökumət ABŞ səfirinin bu xahişini yerinə yetirdi. Ermənistan hökumətinin xüsusi qabiliyyətli gənclərə hərbi xidmətdən möhlət vermək səlahiyyəti var, amma bu məsələni qaldıran və yaxud bu məsələni xahiş edən subyektlər içərisində xarici səfirlərin adı yoxdur. Əslində, bu özü korrupsiyaya bir nümunədir.
III. Zimbabvedə qeydiyyatdan keçmiş "Erməni Meyvəsi" adlı kompaniya Ermənistanda ərik yetişdirilməsinə dair konsultasiyalar vermək adı ilə büdcədən 292 min dollar vəsait götürüb. Ermənistanın dövlət büdcəsində belə ekzotik xərclər hədsiz külli miqdardadır.
IV. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun belə maliyyələşməsi olan büdcəyə həmişə yardım etmişlər.
V. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanda reallaşdırdığı infrastruktur layihələrinin hamısı ciddi şəkildə, böyük faizlə korrupsiyaya məruz qalıblar. Pullar mənimsənilib, işlər demək olar yerinə yetirilməyib.
VI. ABŞ konqresmenləri ermənilərin kompakt yaşadığı regionlardan seçilmiş konqresmenlər məhz buna görə qanun və ABŞ -ın maraqlarından öndə ermənilərin uydurma maraqlarını üstün tuturlar. Bu da nepotizmin bir növüdür.
VII. Nepotizm Avropa siyasətçilərinin Ermənistanı dəstəkləməsində vacib rol oynayır. Əksəriyyəti bir mənalı şəkildə obyektiv mövqelə tanış olmaq istəmirlər, yalnız ermənilərin işğalçı mövqeyini dəstəkləyirlər. Tədqiqat zamanı bəlli olur ki, böyük əksəriyyəti bu və ya digər dərəcədə ermənilərlə bağlıdır, bir neçəsinin həyat yoldaşı və ya anası ermənidir. Avropada Ermənilərlə əlqəli təşkilatlarının rəhbərliyində olan şəxslərinin tərcümeyi halını axtardıqda bu faktlar aşkar şəkildə özünün göstərir
VIII. Nepotizm Ermənistanın özündə də dərin kök salıb. İki misal:
a) Şirak vilayət administrasiyasın Səhiyyə idarəsinin başçısı ixtisasca aqronomdur. Koalisiya bölgüsünə görə Vilayət səhiyyə şöbəsi Daşnak partiyasına verildi. Daşnak partiyası ixtisaslı həkim olan mütəxəssis tapa bilmədiyinə görə rayon səhiyyə şöbəsinin müdirliyinə aqronom da təsdiq olundu.
b) Razdan şəhərinin merinin oğlu orta məktəbdən buraxılış günü atasının xidməti maşını ilə qəza törətdi, ölən var. Amma bir neçə gün öncə bəlli oldu ki, ona qızıl medal veriblər. Əgər merin oğlu orta məktəbi qızıl medalla qurtarmışdısa, bu may ayında bəlli olmalı idi, sentyabr ayında deyil. Medalı qatil şagirdə prezident S.Sərkisyan təqdim etdi. Əsaslandırmanı isə Təhsil və Elm naziri, daşnak L.Mkrtıçyan verdi.
IX. Mədəniyyət naziri,hakim partiyanın üzvü olmayan Arman Melikyanı hakim partiyanın parlament seçki siyahısında birinci beşlikdə olması, ABŞ-dak mülklərinin sayının 5-dən 3-ədək azalmasında S.Sərkisyanın korrupsiyanın daha yeni növünü yaratmağa xidmət edirmiş". Politloqoun sözlərinə görə, Ermənistanı AŞPA da ən çox stajlı üzvlərindən biri olan N.Zoqrabyan erməni konyakını Azərbaycanın milyon dollarına qarşı qoymağın mümkün olmadığını bildirib: "Bu həm də ermənilərin Avropa siyasətçilərinə konyak verdiklərini etirafıdır. Maraqlıdır ki, N.Zoqrabyanın təfəkkürü bunu rüşvət kimi qəbul etmir; Rüşvət ancaq kürü və dollardan ibarətdir. Ermənistanda korrupsiyaya və qanunun pozuntusuna ekzotik yanaşma formalaşıb".