Sərdar Cəlaloğludan sərt açıqlama Siyasət

Sərdar Cəlaloğludan sərt açıqlama

"Əli Kərimli və Cəmil Həsənli müxalifətçiliyi şəxsi münasibət, kin-küdurətlə qarışdırıblar"

"Əli Kərimli və Cəmil Həsənli müxalifətçiliyi şəxsi qərəzlik, kin-küdurət, şəxsi münasibətlə qarışdırıblar".
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlalolu AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlinin Azərbaycanda son həbslərlə bağlı keçirilən tədbirə qatılmamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan müxalifəti yanlış yol tutub: "Kimlərisə kənarda qoymaq, kimlərəsə arxa çevirmək düzgün deyil. Burda həbsə düşmüş insanları müdafiə edirik, bu tədbirin İsa Qəmbərin və ya başqasının təşəbbüsü ilə keçirilməsinin nə önəmi var? Ümumiyyətlə, siyasəti şəxsi münasibətlər səviyyəsinə endirmək səhvdir".
Qeyd edək ki, tədbir Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə keçirilib.