Türkiyə MMN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
7 Aprel 2021 17:46
2 695
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü jurnalistlərin “Prezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib: “Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.
Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib.