Yalançının evi yandı... Siyasət

Yalançının evi yandı...

Siyavuş Hovruzov: "AXCP istədiyi yeri seçib, kirayələyib özünə qərargah seçə bilər və buna görə onlara heç kim mane ola bilməz"
Hiyaməddin Orduxanlı: "Arif Hacılının AXCP-yə verməyə çalışdığı dəstək sünidir"
Elşən Musayev: "Sanki bir aydır xüsusi formada təntənəli partlayış mərasiminə hazırlaşırmışlar"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının yerləşdiyi binada baş verən partlayışdan sonra sözügedən partiya rəsmiləri bu məsələnin təxribat olması iddiasını irəli sürdülər. Amma bir sıra siyasilər hesab edirlər ki, AXCP bu hadisədən istifadə edərək, siyasi şou yaradır.
Buna münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Hovruzov diqqətə çatdırıb ki, partlayış AXCP qərargahında olanların məsuliyyətsizliyindən, səhlənkarlığı ucbatından baş verən hadisədir: "Dövlət də bütün vətəndaşlarının qeydinə qalır və buna görə də təhlükəli yerdən onları uzaqlaşdırıb. AXCP istədiyi yeri seçib, kirayələyib özünə qərargah seçə bilər və buna görə onlara heç kim mane ola bilməz. Bu günlərdə Cəmil Həsənli bu hadisə ilə bağlı bəyanat yayaraq, AXCP-ni Xalqın Cəbhəsi adlandırıb. Hər şey bir yana, ondan soruşmaq lazımdır ki, əgər oranı Xalqın Cəbhəsi bilirdisə, niyə bir müddət əvvəl oradan ərizə yazıb çıxdı?".
Bu məsələdə Müsavat funksioneri Arif Hacılı AXCP-yə dəstək verdiyini bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı söyləyib "Arif Hacılı AXCP rəhbərliyinə, Əli Kərimliyə nifrət edir. Həmçinin Əli Kərimlinin də Müsavat Partiyasında ən çox nifrət etdiyi insanlardan biri Arif Hacılıdır",- deyə məsələyə münasiöət bildirib. Partiya rəsmisi qeyd edib ki, Arif Hacılı Müsavat Partiyasına başqan seçilmək üçün bu istiqamətdə siyasi divident, siyasi xal qazanmaq məqsədi ilə bu cür fikirlər söyləyir: "Onun AXCP-yə verməyə çalışdığı dəstək sünidir. Arif Hacılı qurultay öncəsi özü haqqında AXCP tərəfindən irəli sürülən ittihamlara son qoymaq üçün belə bir addım atır".
Politoloq Elşən Musayev isə atalar sözünü nümunə gtirib: "Yalançının evi yandı, heç kimsə inanmadı. 3 gün bundan öncə AXCP-nin qərargahı yanıb, daha doğrusu partlayıb. Amma yenə də ənənəvi olaraq kimsə inanmayıb. Ələlxüsus da radikal müxalifətimizin bəlli təmsilçiləri. Özlərinə əl qatıblar ki, ay təşkilatlanırdıq, güclənirdik, iqtidarın gözü bizi götürmədi və s. bu kontekstdə nağıllar, utopiyalar, əfsanələr... Həm də eyni adlı proses o zamandan etibarən vüsət almağa başlayıb ki, hələ ortalıqda heç nə olmayıb.
Yəni partlayışın səbəb və mahiyyəti belə bilinməyib. Amma bunlar qeyri-adi bir formada şübhələri öz üzərlərinə almağı bacarıblar. Və ya belə deyək: özləri özlərini ələ veriblər.
Mükalimə, hesablama, təxmin-filan, ya da bir az konkretləşdirsək - baş yoxdur axı. Ona görə. Misal üçün Əli Kərimli həmin partlayışdan düz 4 dəqiqə yarım sonra Facebook-da status paylaşıb. Həm də təxminən bir səhifəlik status. Evin tikilsin, sən nə vaxt yazdın, nə vaxt çatdırdın bunu? Və ya haradan məlumat aldın ki, ofis yanacaq, haradan bildin belə bir bəyanat verməyə ehtiyac yaranacaq? Ya da "Azadlıq" qəzetinin özü. Silsilə məqalələri bir-birinin ardınca düzdü. Sanki bir aydır xüsusi formada təntənəli partlayış mərasiminə hazırlaşırmışlar". Yaxşı bəs belə olan halda biz sizdən şübhələnməliyik, yoxsa siz bizdən?".
Elşən Musayev əlavə edib ki, bu, əslində radikal müxalifətin diqqət cəlb eləmə taktikasıdır: "Həmişə neyləyirlər? Bir az ki, pul azaldı, ya da qurtardı, dərhal hay-şüvən başlayır. Deyim ki, bir dənə arvad mollaları əskik olur.
Son zamanlar Əli Kərimli və onun kamikadze dostları əməlli-başlı kreativ əhval-ruhiyyədədir. Maşallah olsun. Əfsanə və nağılları - ona rəng qatmadan təsvir eləmək olmur axı... Əli Kərimli Qərb diplomatları ilə görüşüb. Hətta deyilənə görə adam necə ağlaşma qurubsa, səfirləri sakitləşdirib toxtatmaq mümkün deyilmiş. Və ya gündəmdə yenə də ənənəvi taktikadır: şikayət, danos, pıçhapıç və separat görüşlər. Həm də yad qapılarda. Özgə bayraqların pərçimləndiyi məkanlarda...
Məramsa bəllidir: Azərbaycan hakimiyyətinə bir formada təsir etmək... Məsələn Əli Kərimli elədiyi pafoslu çıxışlarda hərdəm özünə qaz vurub, doldurub əjdahaya dönür. Və ya Amerika səfiri seçkilərə başından və səlahiyyətindən böyük havaya girərək müdaxilə eləmək istəyirdi. Ya da canım sizə desin: ABŞ Departamentinin Azərbaycanla bağlı hesabatında göstərilən ağıla və ağıza sığmaz "gopalogiya" vardı ha - bu kimi. Hansı birini deyəsən? Saydıqca qurtarmır ki... Sadəcə bu gün mövzu lokallaşıb. Yəni, bunların arzularının fabulası dəyişib. Məsələ burasındadır. Və ya əvvəl hakimiyyətin dərdində idilər, indi isə qərargahın. Bir vaxt gözləri ölkənin büdcəsində idi, indi isə hansısa diplomatın vəd etdiyi artıq-urtuqda. Bax bizim müxalifətimiz budur! Hətta deyim ki partlayan-filan da qərargahdan çox onların əsəbləridir. Ya da bir az bədii dildə desək: "Qərargah bəhanədir, Əli Kərimlinin çıxardığı oyunlarsa şahanə?"
Və... son olaraq: Partlayış haqqında ən maraqlı nekroloq "Milli Şura"nın sədri Cəmil Həsənlidən gəlib. Həm də belə bir ismarışla: "Qəzan mübarək, Xalq Cəbhəsi". Belə yerdə nə deyəsən? - Eşq olsun! Hətta yazan əllərin, qolların, barmaqların var olsun Cəmil bəy!
Millət vəkili olduğun zaman Heydər Əliyev haqqında kitablarda tərif dolu ön sözlərin vardı ha - həm də onu yazan barmaqlardan danışıram. Var olsun".

Əli