“Putinin Bakıya I Avropa Oyunlara gəlməsi...” Siyasət

“Putinin Bakıya I Avropa Oyunlara gəlməsi...”

Fikrət Sadıqov: "Hazırkı geosiyasi kontekstdə Azərbaycana bir dəstək kimi də qiymətləndirilə bilər"

"Hər şey Rusiyanın Azərbaycanla mövcud əlaqələri bundan sonra nə qədər inkişaf etdirmək istəyindən asılı olacaq". Bunu politoloq Fikrət Sadıqov deyib. O, bildirib ki, hazırkı geosiyasi kontekstdə Qarabağ üçün çox əlverişli bir məqam yetişib: "Dağlıq Qarabağ ətrafında dolaşan söz-söhbətlərlə bağlı iki həqiqət var: birincisi, Bakı-Moskva münasibətlərinin son zamanlar yüksək səviyyədə olması reallığı, ikincisi, sanksiyalar fonunda Rusiyanın ortada olan durumu. İqtisadi münasibətlərin yaxşılaşdırılması birbaşa Moskvanın xeyrinədir. Bu nöqteyi-nəzərdən Qarabağla bağlı hansısa variantlar barədə düşünmələri istisna edilə bilməz. Hiss olunur ki, Kreml məsələni yerindən tərpətmək istəyir. Putinin Bakıya I Avropa Oyunlara gəlməsi hazırkı geosiyasi kontekstdə Azərbaycana bir dəstək kimi də qiymətləndirilə bilər. Çox güman ki, o, rəsmi Bakı ilə müəyyən məsələləri dəqiqləşdirməyə çalışacaq. Bakı kifayət qədər konkret, heç bir kompromisə getmədən mövqe nümayiş etdirərsə, proses artıq başlaya bilər.Hiss olunur iki ölkə arasında bu məsələ ətrafında müəyyən kompromislər artıq əldə olunub. Mənə elə gəlir ki, buna qədərki danışıqlar prosesində hansısailkin nəticələr əldə olunub. İndi isə nəticələrin reallığaçevrilməsi istiqamətində bəzi addımların atılması üçün lazımı və əlverişli məqam yetişib. Ola bilsin ki, məhz bu addımlarla bağlı danışıqlar axır mərhələyə gəlib çatıb. Bu mərhələ kifayət qədər mürəkkəb keçəcək və hər şey Rusiyanın Azərbaycanla mövcud əlaqələri bundan sonra nə qədər inkişaf etdirmək istəyindən asılı olacaq".

Əli