“Germi əhalisinin köçməsi faciədir” Güney Azərbaycan

“Germi əhalisinin köçməsi faciədir”

Güney Azərbaycanda işsizlik, yoxsulluq və mühacirət problemi zaman-zaman yerli məsulları dilə gətirir. Germi şəhərinin İran parlamentindəki millət vəkili bildirib ki, "son illərdə 20000 nəfərdən çox Germi şəhərindən köçüb, bu məsələ bir faciədir."
Qismət Musəvi bəyan edib ki, "Germi şəhəri iqtisadi baxımdan altyapıya malik deyil və bu məsələ bizi düzənsiz bir mühaciətlə üz-üzə qoyub."
İşsizlik problemi ilə bağlı əhalinin məsullardan narazı olduğunu bildirən Millət vəkili, bu məsələdə əhalinin haqlı olduğunu dilə gətirib. O vurğulayıb ki, "bu baxımdan həqiqədən bizim hamımız əhalinin qarşısında xəcalətik."
Sərmayə yatırımçılarına dəstək verilməməsini tənqid edən millət vəkili iqtisadi layihələrin qeyri-fəal olduğunu diqqətə çatdırıb. O bildirib ki, "bankların işə yaramaması və rəsmi orqanların lazımsız qanunları sərmayə yatırımçılarına böyük maneə yaradır."