Səid Zəncanlı vəfat edib Güney Azərbaycan

Səid Zəncanlı vəfat edib

Uzun illərdən bəri Azərbaycan Dövlət Teleradisunun Güney Azərbaycan redaksiyasının aparıcı simalarından olan, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan, məşhur jurnalist və Bütöv Azərbaycan mücadiləsinin dəyərli ziyalısı Səid Seyidi (Zəncanlı) ötən şənbə Bakıda 55 yaşında ürək tutmasından vəfat edib.
Bu ağır itki təkcə Səid bəyin ailəsini deyil, bütün dünaya azərbaycanlılarını kədərləndirib. 1959-ci ildə Zəncan şəhərində dünyaya gələn Səid Zəncanlı ömrünün ən səmərəli illərini vətəninə və milltinin azadlığına sərf etməklə yanaşı, 30 ilə yaxın Azərbaycan Teleradiosunda Bütöv Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən minlərlə verlişlər hazırlayıb və bütün dünyaya yayıb.
Allah rəhmət eləsin!