Rusiya İraq ssenarisinin təkrarlanacağından narahatdır Dünya

Rusiya İraq ssenarisinin təkrarlanacağından narahatdır

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Suriyada İraq ssenarisinin yaşana biləcəyinə olan narahatlığını ifadə edib.
APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, nazir müavini yaxın şərqdə sülhə nail olmaq üçün Suriyada İraq ssenarisinə uyğun hadisələrdən qaçılmasının vacibliyini və regionun çox saylı daxili və xarici amillərdən asılı olduğunu qeyd edib.
"Ərəb baharı" inqilablarının heç bir yaxın şərq ölkəsinə sabitlik və inkişaf gətirmədiyini bildirən A. Antonov, regionda çox sayda silahlı qruplaşmaların digər ölkələrdə hadisələrə təsir etmək üçün hazır vəziyyətdə olduğunu söyləyib.
A. Antonovun sözlərinə görə, terrorçuların bu ölkələrdəki kütləvi qırğın silahlarını ələ keçirməsi halında isə bəşəriyyəti qlobal böhran gözləyə bilər.